Azərbaycan Dövlət İnformasiya Agentliyi

ABŞ Azərbaycanı güclü, sabitliyə və təhlükəsizliyə mühüm töhfə verən ölkə kimi qiymətləndirir

ABŞ Azərbaycanı güclü, sabitliyə və təhlükəsizliyə mühüm töhfə verən ölkə kimi qiymətləndirir

Bakı, 18 mart, AZƏRTAC

Böyüklüyündən, kiçikliyindən asılı olmayaraq, bütün dövlətlərlə bərabərhüquqlu, qarşılıqlı maraq və hörmət prinsipi əsasında əlaqələr quran Azərbaycan Qərb ölkələri ilə əməkdaşlığa xüsusi önəm verir, münasibətlərin yeni prioritetlər əsasında inkişafına maraq göstərir. Bu baxımdan Azərbaycan-ABŞ münasibətləri xüsusi qeyd edilməlidir. ABŞ Prezidenti Co Baydenin Novruz bayramı münasibətilə dövlətimizin başçısı İlham Əliyevə təbrik məktubunda əksini tapan fikirlər iki ölkə arasında əlaqələrin bugünkü səviyyəsinə və perspektivlərə işıq salır. Məktubda da qeyd olunduğu kimi, bu yenilənmə çağı əməkdaşlığımızın və sülhə sadiqliyimizin bir daha vurğulanması üçün fürsətdir.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında “İki sahil” qəzetinin baş redaktoru, siyasi elmlər doktoru Vüqar Rəhimzadə bildirib.

Regional inkişafın aparıcı qüvvəsi, dünyanın enerji təhlükəsizliyinin təminatında mühüm rolu olan Azərbaycanın daim beynəlxalq aləmin diqqətində olduğunu qeyd edən V.Rəhimzadə deyib: “Dövlətimizin başçısı İlham Əliyev Azərbaycanın iqtisadi və siyasi həyatında yeni mərhələnin başlanğıcı kimi dəyərləndirilən, bugünkü reallıqlara yol açan, ulu öndər Heydər Əliyevin müəllifi olduğu “Əsrin müqaviləsi”nin imzalanmasına və icrasına ABŞ-ın dəstəyini daim yüksək dəyərləndirir. Regional çərçivəni aşan əməkdaşlığın coğrafiyasının genişlənməsi Azərbaycanın beynəlxalq aləmdə etibarlı tərəfdaş kimi artan nüfuzunun göstəricisidir. Artıq çoxtərəfli əməkdaşlığın başlanğıcı olan Cənub Qaz Dəhlizinin icrası uğurla başa çatıb. ABŞ Administrasiyası aydın görür ki, güclü və inkişaf edən Azərbaycan həm də Cənubi Qafqaz-Xəzər dənizi regionunda sülhün və sabitliyin, Avropanın enerji təhlükəsizliyinin təminatında önəmli rol oynayan enerji layihələrinin reallaşdırılması və dayanıqlılığının təmin edilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Azərbaycanın liderliyi ilə həyata keçirilmiş Cənub Qaz Dəhlizi layihəsi Avropanın enerji təhlükəsizliyinə, enerji mənbələrinin şaxələndirilməsinə və bütün iştirakçı tərəflərə fayda gətirən layihədir. ABŞ Prezidenti təbrik məktubunda bu məqamı xüsusi qeyd edir ki, iqtisadiyyatınızın şaxələndirilməsi və Xəzər dənizində enerji imkanlarının inkişafı ilə bağlı səylərinizi dəstəkləyirik. Eyni zamanda, məktubda bu fikir də əksini tapır ki, Amerika Birləşmiş Ştatları Azərbaycanla iqtisadi əməkdaşlıq üçün yeni imkanları nəzərdən keçirmək arzusundadır”.

Baş redaktor bildirib ki, ABŞ-Azərbaycan münasibətlərinin inkişafında əhəmiyyətli rol oynayan addımlardan biri də 2001-ci ildə Birləşmiş Ştatlarda törədilən terror aktından sonra bu supergücün xarici siyasətində baş verən dəyişikliklər əsasında 1992-ci ildə Azərbaycana qarşı tətbiq edilən “Azadlığı Müdafiə Aktı”na 907-ci düzəlişin ədalətsizliyin etirafı və fəaliyyətinin birillik dondurulması barədə qərarın qəbul edilməsidir. “Baxmayaraq ki, 2001-ci ildən ötən 20 ildə onun birdəfəlik ləğvi müşkülə çevrilib, amma hər il qərarın icrasının dondurulması ilə bağlı qəbul olunan qərar yenidən təsdiqlənir. Məlum olduğu kimi, ABŞ ermənilərin və erməni diasporunun daha güclü olduğu ölkələr sırasındandır. Şübhəsiz, ABŞ Konqresinin belə bir əsassız qərarı qəbul etməsində də erməni diasporunun rolu az olmayıb. Lakin bu günümüzün reallıqları tamamilə başqa bir mənzərəni təqdim edir. Azərbaycan dünyanın yeni xarici siyasətinin müzakirə edilməsi üçün ideal məkan kimi qəbul olunur. Bu, dövlətimizin düşünülmüş və məqsədyönlü, eyni zamanda, beynəlxalq hüquqa əsaslanan xarici siyasətinin açıq və çoxşaxəli olmasından irəli gəlir”, - deyə baş redaktor diqqətə çatdırıb.

Diqqəti, həmçinin Azərbaycanın İkinci Qarabağ müharibəsində qazandığı Zəfərə yönəldən V.Rəhimzadə bildirib ki, rəsmi Bakı daim münaqişənin həllində vasitəçilik missiyasını yerinə yetirən ATƏT-in Minsk qrupunun həmsədri kimi ABŞ-ın mövqeyinə önəm verib. O deyib: “30 ilə yaxın müddətdə Minsk qrupunun həmsədrlərinin Ermənistana dəstək funksiyasını yerinə yetirmələri, mandatlarının tələblərinin əksinə olaraq neytrallığı qorumamaları münaqişənin həlli prosesinin uzanmasına və sonda Azərbaycan xalqının səbir kasasının dolmasına səbəb oldu. Dövlətimizin başçısı İlham Əliyevin qətiyyətli mövqeyi nəticəsində münaqişə həllini tapdı, ərazi bütövlüyümüz bərpa olundu, ölkəmizin həyatında yeni dövr başladı. Amerika Prezidenti məktubunda “Mənim administrasiyam təhlükəsizliklə bağlı ümumi narahatlıqlar və regional barışıq məsələlərinin həlli istiqamətində Azərbaycanla birgə çalışacaqdır” fikirləri ilə ABŞ-Azərbaycan münasibətlərində yeni mərhələnin başlandığına işarə edir”.

“Ümumilikdə Prezident Co Baydenin təbrik məktubu ABŞ-ın yeni Administrasiyasının Azərbaycanla əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün Prezident İlham Əliyevlə bundan sonra da birgə çalışmaqda maraqlı olduğunu, Amerika -Azərbaycan əlaqələrinin strateji əhəmiyyət kəsb edən münasibətlər səviyyəsinə yüksəldiyini, dostluq və tərəfdaşlıq xarakteri daşıdığını göstərir”, - söyləyən V.Rəhimzadə qeyd edib ki, Azərbaycanın İkinci Qarabağ müharibəsində tarixi Qələbəsi regionda və dünyada yeni reallıqlar yaradıb. “ABŞ yeni reallığı görür və bu reallıqlar çərçivəsində Ermənistan və Azərbaycan arasında barışığın təşviq olunmasına çalışacağını bəyan edir. Azərbaycanla ABŞ regional təhlükəsizlik məsələləri üzrə tərəfdaşdırlar. ABŞ Azərbaycanı güclü, dinamik inkişaf edən, sabitliyə və təhlükəsizliyə mühüm töhfə verən, qlobal müstəvidə önəmli təşəbbüslərlə çıxış edən və qarşıya çıxan problemlərin həllinə əməli dəstək verən ölkə kimi qiymətləndirir. Ölkəmiz sabitləşdirici faktor kimi mövqeyini möhkəmləndirir. COVID-19 pandemiyasına qarşı mübarizədə bir-birinə əks qütbləri bir araya gətirən Azərbaycan qlobal problemlərin həllində qlobal birlik, həmrəylik çağırışını etdi. Dövlətimizin başçısı İlham Əliyev prioritetləri açıqlayarkən xarici siyasətdə dəyişiklik olmayacağını bildirməklə bir daha Azərbaycanın dəyişməz, beynəlxalq hüquqa əsaslanan mövqeyini dünyaya çatdırır. Dövlətinin, xalqının gələcəyini düşünən, daim irəliyə baxan, ikitərəfli və çoxtərəfli münasibətlərdə ədalət prinsipini qoruyan, ən əsası siyasətində müstəqil olan Liderə nəinki ölkəsi daxilində, beynəlxalq miqyasda inam və etimad böyük olacaq. Birləşmiş Ştatlar Prezidentinin ABŞ-Azərbaycan münasibətlərində yeni mərhələyə yol açan məktubunda əksini tapan fikirlər də dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan, qalib ölkənin qalib Lideri İlham Əliyevə olan yüksək münasibətinin aydın ifadəsidir”, - deyə o qeyd edib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Husilər Bab əl-Məndəb yaxınlığında koalisiya qüvvələrinə raket zərbələri endirdiklərini bildiriblər

Tramp 7 oktyabr hücumlarının ildönümündə Netanyahu ilə telefonla danışıb

Qudula kənd icra nümayəndəliyi: Evlərini su basan sakinlərin daha təhlükəsiz əraziyə yerləşdirilməsi istiqamətində iş aparılır VİDEO

Qudula kənd icra nümayəndəliyi: Evlərini su basan sakinlərin daha təhlükəsiz əraziyə yerləşdirilməsi istiqamətində iş aparılır VİDEO

Tramp: Nobel Sülh Mükafatını almamağım komitənin nüfuzuna xələl gətirər

Azərbaycan və Özbəkistan Xarici İşlər nazirlikləri arasında konsulluq məsləhətləşmələri aparılıb

Azərbaycanın kitab mədəniyyəti 78-ci Frankfurt Beynəlxalq Kitab Sərgisində təqdim olunur

“Lions de Geneve” klubunun basketbolçusu: Oyun üçün əsas planımız təzyiq göstərmək idi

Dizayner Ləman Süleymanova: Xalça qadın obrazına çevrilir, onun gücünü və xarakterini göstərir

İsveçrə klubunun baş məşqçisi: Rəqibi son üç ildə gördükləri işə görə təbrik edirəm

Tovuzda 9 yaşlı oğlanı cərəyan vurub

"LANDAU Lions"un baş məşqçisi: Daha aqressiv oynamalıyıq

Səfir Kamil Xasiyev etimadnaməsini Avstriya Prezidentinə təqdim edib

Azərbaycan cüdoçusu: Bu bürünc medal tək mənim deyil, bütün ailəmin əməyinin bəhrəsidir VİDEO

Azərbaycan cüdoçusu: Bu bürünc medal tək mənim deyil, bütün ailəmin əməyinin bəhrəsidir VİDEO

Avropa Kuboku: "LANDAU Lions" doğma meydanda İsveçrə klubuna məğlub olub

Lerikdə iki yol qəzası baş verib, xəsarət alanlar var

Dünya ikincisi olan Azərbaycan cüdoçusu: Finalda rəqibimdən zəif idim VİDEO

Dünya ikincisi olan Azərbaycan cüdoçusu: Finalda rəqibimdən zəif idim VİDEO

“İsayas” tropik fırtınasının ABŞ sahilləri üçün təhlükəli qasırğaya çevriləcəyi gözlənilir

Milli Xalça Muzeyində “Tarixə toxunuş” sərgisi açılıb

Bu saata olan əsas xəbərlər

Nazir: Türkiyədə yeni sənaye zonalarının planlaşdırılması Zəngəzur dəhlizi nəzərə alınmaqla aparılır

Azərbaycanlı gənc tədqiqatçılar Antalya Konqresində ölkəmizi uğurla təmsil ediblər

Naxçıvanda suvarma su təminatı yaxşılaşır, payızlıq taxıl əkinləri genişlənir - Babək rayonundan REPORTAJ VİDEO

Naxçıvanda suvarma su təminatı yaxşılaşır, payızlıq taxıl əkinləri genişlənir - Babək rayonundan REPORTAJ VİDEO

AHİK sədri: Texnoloji tərəqqi sosialyönümlü olmalı, yeni texnologiyalar layiqli əməyə xidmət etməlidir

“SABAH.city”də AzTU-nun süni intellektəsaslı mühəndislik təhlükəsizliyi mərkəzi yaradılacaq

Azərbaycan cüdoçusu Bakıdakı dünya çempionatında gümüş medal qazanıb - YENİLƏNİB

Murad Hüseynov: Azərbaycanın zəngin bəstəkarlıq məktəbi dünya səhnələrində təntənə ilə təbliğ olunur

Milli İncəsənət Muzeyinin zəngin kolleksiyası və yeni layihələri media nümayəndələrinə təqdim olunub

® “Azercell” “Gamesummit” və “Omni AI Summit”in eksklüziv tərəfdaşıdır

Ukraynalı uşaqlar üçün ekskursiya təşkil olunub

Nazir: Şərqlə Qərb arasında dayanıqlı əlaqələrin formalaşmasında Orta Dəhlizin rolu artır

Aqrar sahə ilə bağlı qanun layihəsi Milli Məclisdə ictimai dinləməyə çıxarılıb

Rəsmi Kiyev 5 fərqli atəşkəs formatı üzərində işləyir

Lotar Matteus: Azərbaycanda cüdoya böyük sevgi var və bunu arenada hiss etmək mümkündür VİDEO

Lotar Matteus: Azərbaycanda cüdoya böyük sevgi var və bunu arenada hiss etmək mümkündür VİDEO

AnewZ: Almaniyanın keçmiş kəşfiyyat rəhbəri ilə bağlı araşdırmanın Azərbaycanla heç bir əlaqəsi yoxdur VİDEO

AnewZ: Almaniyanın keçmiş kəşfiyyat rəhbəri ilə bağlı araşdırmanın Azərbaycanla heç bir əlaqəsi yoxdur VİDEO

Karyera seçimi, qərarvermə və liderlik: UNEC-in məzunu tələbələrə təcrübəsindən danışıb

ƏMAS vasitəsilə əmək hüquqlarının qorunmasına necə nəzarət edilir?

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb – QRAFİK

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır - ŞƏRH

Media nümayəndələri İsmayıllının turizm potensialı ilə tanış olublar

Türkiyə millisinin Azərbaycandakı dünya çempionatı üçün heyəti açıqlanıb

Sabah Masallının 5 kəndində qaz olmayacaq

BMT İnsan Hüquqları Şurasında mina ilə bağlı Azərbaycanın dəstəklədiyi qətnamə qəbul edilib

İş mühitində sağlam rəqabət və əməkdaşlığın rolu mövzusunda təlim təşkil olunub

“Oyuncaqların təhlükəsizliyi haqqında Texniki Reqlament (TR 002/2026/АZ)”in təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Yunis Əmrə İnstitutunun müəllim-tələbə heyəti Nizami muzeyini ziyarət edib

Azərbaycan ilə Estoniya arasında texnologiyalar sahəsində əməkdaşlıq imkanları nəzərdən keçirilib

Katexdə yerləşən Böyük Qafqaz səddinin qalıqları beynəlxalq səviyyədə tədqiq edilir

Türkman irsinin tədqiqi: Kərkükdən gələn ziyalılarla “Körpü”də görüş

Azərbaycanın qadın futbol millisi “Antalyaspor”la qarşılaşacaq

Yəməndə köçkünlərin sayı 200 mini keçib

Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin iclası keçirilib

Ərdoğan Putinlə söhbətində Qara dənizdə gəmiçiliyin təhlükəsizliyinin əhəmiyyətini vurğulayıb

Dehlidə binanın çökməsi nəticəsində bir neçə nəfər yaralanıb

Naxçıvanda oktyabr ayının pensiyaları ödənilib

Qaradağda baş verən yol qəzasında ölənlərin sayı 4-ə çatıb – YENİLƏNİB

Ceyhun Bayramov: Azərbaycan MDB dövlətləri ilə qarşılıqlı faydalı əməkdaşlıq prinsiplərinə sadiqdir

Azərbaycan güləş yığmalarının U-23 dünya çempionatı üçün heyəti açıqlanıb

ICMP-nin baş direktoru: İtkin şəxslərin ailələrinin həqiqəti bilmək, ədalət və kompensasiya hüququ var

Cahangir Cahangirov sənətinin işığında möhtəşəm musiqi gecəsi

Fransanın tanınmış basketbol klubu müflis elan olunub

Kəlağayı el sənətinin tarixi və milli dəyəri - AMEA-da elmi sessiya

Bakı dünya tanqo həvəskarlarını bir araya gətirəcək

Zəfərdən yeni mərhələyə: Xaçmazda YAP-ın VIII Qurultayında qarşıya qoyulan məsələlər müzakirə olunub

Murad Hüseynov: Azərbaycan musiqisinin dünya səhnələrində təqdimatını genişləndiririk

“Koroğlu” və “Arşın mal alan” Azərbaycan musiqisinin dünya səhnəsindəki simvollarıdır

Rusiyanın Prilukiyə endirdiyi zərbə nəticəsində ölənlərin sayı 14 nəfərə çatıb

Daha 4 məsələ parlamentin plenar iclasına tövsiyə edilib

Şərqşünaslıq İnstitutunda görüş: Azərbaycan-türkman əlaqələri inkişaf etdirilir

Nazir müavini: Üzeyir Hacıbəyli Festivalı musiqi irsimizin təbliğinə xidmət edir

“Avropada Təhsil” sərgisinə həsr olunmuş brifinq keçirilib

Andrey Sibiqa: Ukrayna Azərbaycan tərəfinin göstərdiyi həmrəylik və praktiki dəstəyi yüksək qiymətləndirir

“Clarivate Günləri”: AzTU əməkdaşlarının elmi resurslarla işləmək bacarıqları inkişaf etdirilir

Daha bir neçə avtobus marşrutu müsabiqəyə çıxarılır

“Azərbaycan Dəmir Yolları” 9 ayda yükdaşımanı 11 faiz artırıb

Türkiyə eksperti: Orta Dəhliz Türk dünyasının transformasiyası üçün başlanğıc nöqtəsidir

Niderland şirkəti ilə saxlama-anbar komplekslərinin yaradılması barədə fikir mübadiləsi aparılıb

Beynəlxalq ekspertlər tələbələrə milli parkların idarə olunmasından danışıblar

Apellyasiya Arbitraj Tribunalı iki şikayətlə bağlı qərar qəbul edib

Dünya və Avropa çempionu olmuş futbolçu karyerasını bitirib

Layiqli əmək sosial rifahın əsas şərtidir - BDU-da dəyirmi masa

“Azərbaycan tarixşünaslığında monqollar dövrü”nə dair yeni monoqrafiya çap olunub

İsfar Sarabski: “Baku Jazz Festival” kimi tədbirlər daha çox keçirilməlidir

Azərbaycan Kubokunda yeni mövsüm başlayıb

Zaqatalada xurma təsərrüfatlarında fitosanitar monitorinq aparılıb

Ukrayna Avropa İttifaqından müdafiə məqsədləri üçün 1,2 milyard avro alıb

Qazaxıstan Rusiya ilə neft tədarükünə dair sazişin müddətini 2028-ci ilədək uzadıb

Aİ-də yeni nəqliyyat vasitələrinin satışlarında elektrikli avtomobillərin payı 22 faizə yüksəlib

Baş prokuror Gəncədə vətəndaşların müraciətlərini dinləyib

Azərbaycan nümayəndələri beynəlxalq kibertəhlükəsizlik yarışında uğur qazanıblar

Ziya Səlcuqun “Qırx dəfə demişəm” kitabı təqdim olunub

AFFA nümayəndəsi UEFA-dan təyinat alıb

Türkiyəli nazir müavini: İtkin şəxslərin taleyinin aydınlaşdırılması hamımızın humanitar məsuliyyətidir VİDEO

Türkiyəli nazir müavini: İtkin şəxslərin taleyinin aydınlaşdırılması hamımızın humanitar məsuliyyətidir VİDEO

Səfir: Litva universitetləri Azərbaycanın ali təhsil ocaqları ilə sıx əməkdaşlıq edir

® KPMG “Davr Bank”ın 51 faiz səhminin alışı ilə bağlı ABB-yə məsləhət xidmətləri göstərib

Fətəli xan Xoyskinin 150 illik yubileyi münasibətilə elmi sessiya təşkil olunub

“Mənim öz bayrağım olmalıdır” – şəhid kapitanın uşaqlıq arzusu

Skandinaviyada Dəmir dövrünə aid qeyri-adi dəfn yerləri tapılıb

ADEA heyəti 5 illik yubiley münasibətilə Fəxri və Şəhidlər xiyabanlarını ziyarət edib

Doqquz ayda dövlət büdcəsindən 254 milyon manatdan çox vəsait geri qaytarılıb

Qubada minik avtomobilləri toqquşub, ölən və yaralanan var VİDEO

Qubada minik avtomobilləri toqquşub, ölən və yaralanan var VİDEO