ABŞ BEYNƏLXALQ İNKİŞAF AGENTLİYİNİN LAYİHƏSİ ÇƏRÇİVƏSİNDƏ NÖVBƏTİ GÖRÜŞ KEÇİRİLMİŞDİR
Beş ilə nəzərdə tutulmuş layihədən məqsəd hökumətin, bələdiyyələrin, qeyri-hökumət təşkilatlarının və mətbuatın birgə əməkdaşlığı ilə vətəndaş cəmiyyətinin inkişafına dəstək vermək, sosial-iqtisadi inkişafa dair məsələləri müəyyənləşdirmək üçün birgə müzakirələr keçirməkdir.
ABŞ-ın “Counterpart İnternational” təşkilatının həyata keçirdiyi layihənin icrasına 8 yerli QHT də cəlb olunmuşdur.
Tədbirdə “Vətəndaş cəmiyyəti” layihəsinin direktor müavini xanım İndira Amiranaşvili layihə barədə məlumat vermiş, görülmüş işlərdən söz açmışdır.
Prezidentin İcra Aparatının ictimai-siyasi məsələlər şöbəsinin baş məsləhətçisi Elman Paşayev ölkəmidə demokratiyanın, o cümlədən vətəndaş cəmiyyətinin inkişafı istiqamətində Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan siyasəti qeyd etmişdir. O, demokratiyanın inkişafının Azərbaycan üçün prioritet olmasının Prezidenti İlham Əliyev tərəfindən Berlində keçirilən Beynəlxalq Bertelsmann-2006 forumunda bir daha diqqətə çatdırıldığını bildirmişdir.
E.Paşayev Azərbaycan hökumətinin bu istiqamətdə bir çox qurumlarla, o cümlədən ABŞ Beynəlxalq İnkişaf Agentliyi ilə sıx əməkdaşlıq etdiyini demişdir.
Tədbirdə qrup halında müzakirələr aparılmışdır.