ABŞ Çindən idxal olunan tibbi ləvazimatlara gömrük tariflərinin tətbiqini dayandırıb
Pekin, 13 mart, AZƏRTAC
ABŞ Çindən idxal olunan bəzi tibbi ləvazimatları, o cümlədən maska, stetoskop və qan təzyiqini ölçmək üçün manjetləri gömrük rüsumundan azad edib.
AZƏRTAC Çin KİV-lərinə istinadla xəbər verir ki, bu barədə ABŞ-ın Ticarət Nümayəndəliyi məlumat yayıb. Məqsəd koronavirus pandemiyası ilə əlaqədar tibbi ləvazimatlara artan tələbatı ödəməkdir.
Bir neçə gün əvvəl Ticarət Nümayəndəliyi Çindən idxal olunan digər tibbi ləvazimatların gömrük rüsumundan azad edilməsi barədə də qərar qəbul etmişdi.
Qeyd edək ki, bu ölkələr arasında iki ilə yaxın davam etmiş ticarət mübahisələrinin gedişində tərəflər qarşılıqlı olaraq idxal rüsumlarını artırmışdılar. ABŞ Prezidenti Donald Trampın qərarı ilə 2019-cu il sentyabrın 1-dən Çindən gətirilən tibbi ləvazimatlara 15 faizlik əlavə idxal rüsumu tətbiq olunurdu. Cari ilin yanvarında iki ölkə arasında ticarət sazişinin birinci mərhələsinin imzalanmasından sonra Vaşinqton Çindən gətirilən tibbi ləvazimatlara tətbiq olunan rüsumları yarıbayarı azaltmışdı.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [14:09]
İsveçdə işsizlik səviyyəsi azalıb
- 15.10.2026 [14:03]
Ukrayna ordusu altı bombardmançı təyyarəni məhv edib
- 15.10.2026 [13:56]
Türkiyənin Konstitusiya Məhkəməsi 26 siyasi partiyadan şikayətlər verəcək
- 15.10.2026 [13:50]
Alimlər 2100-cü ilədək bəşəriyyət üçün ən böyük 17 təhlükəni açıqlayıblar
- 15.10.2026 [13:05]
Eritreya vətəndaşlarının Böyük Britaniyaya girişi qadağan edilə bilər
- 15.10.2026 [12:42]