ABŞ-da bir sutkada koronavirusa 100 mindən çox yoluxma qeydə alınıb
Bakı, 31 oktyabr, AZƏRTAC
Oktyabrın 30-da ABŞ-da koronavirusa rekord sayda - 101 min 461 yoluxma faktı qeydə alınıb, 988 nəfər həyatını itirib.
AZƏRTAC pandemiyanın statistikasını aparan “Worldometer” saytına istinadla xəbər verir ki, oktyabrın 29-da ölkədə koronavirusa yoluxanların sayı 91 min 834 nəfər təşkil edib.
Hazırda Birləşmiş Ştatlarda COVID-19 virusuna yoluxma halları 9 milyon 316 mini, həyatını itirənlərin sayı isə 235 min nəfəri ötüb. Müalicəsi davam edən 3,6 milyona yaxın xəstədən 17 mindən çoxunun vəziyyəti ağır qiymətləndirilir.
Birləşmiş Ştatlar həm COVID-19 infeksiyasına yoluxma, həm də ölüm hallarının sayına görə dünyada ilk yerdə qərarlaşıb.
Qeyd edək ki, mart ayının 11-də Ümumdünya Səhiyyə Təşkilatı yeni koronavirus infeksiyasının yayılmasını pandemiya elan edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.09.2026 [21:54]
Hörmüz boğazı yaxınlığında gün ərzində ikinci gəmi vurulub
- 21.09.2026 [19:23]
ABŞ Belarusdan kalium gübrəsi almaq üçün saziş üzərində işləyir
- 21.09.2026 [16:34]
Ukraynanın taxıl ixracı 22 faiz azalıb
- 21.09.2026 [16:26]