ABŞ-da “Halloween” zamanı atışma olub, 2 nəfər ölüb
Vaşinqton, 1 noyabr, AZƏRTAC
ABŞ-ın Orlando şəhərində gecə saatlarında atışma olub.
AZƏRTAC-ın məlumatına görə, çox sayda insanın “Halloween” bayramını qeyd etmək üçün toplaşdığı şəhərin mərkəzində iki yerdə kütləyə doğru atəş açılıb. Hadisə nəticəsində 2 nəfər ölüb, 6 nəfər xəsarət alıb. Atəş açan şəxsin 17 yaşlı gənc olduğu müəyyənləşib. O, bir ərazidə atəş açdıqdan sonra digərinə gedib və orada atəşdən dərhal sonra polis tərəfindən saxlanılıb.
Onun 2023-cü ildə oğurluğa görə həbs olunduğu da məlum olub.
Məlahət Nəcəfova
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.10.2026 [14:13]
Yaponiyada qida istehlakı vergisi azaldılır
- 09.10.2026 [14:01]
Üçüncü rübdə qızıla qlobal investisiyalar rekord həddə çatıb
- 09.10.2026 [13:45]
Malayziyada toz dumanı səbəbindən məktəblər bağlanır
- 09.10.2026 [12:44]
Finlandiya vətəndaşlıq testi tətbiq edir
- 09.10.2026 [12:05]
Rusiyanın Kaluqa vilayətində dron hücumu nəticəsində 9 nəfər yaralanıb
- 09.10.2026 [11:36]