ABŞ-da təbii qazın qiyməti son 30 ilin ən aşağı səviyyəsinə düşüb
Bakı, 19 fevral, AZƏRTAC
ABŞ-da təbii qazın qiyməti təxminən 30 ilin ən aşağı səviyyəsinə düşüb.
AZƏRTAC xəbər verir ki, bu barədə “Financial Times” məlumat yayıb.
Nəşr qeyd edir ki, buna səbəb bu qış havaların isti keçməsi və qaz hasilatının artmasıdır. Belə ki, ölkədə bu qış 1950-ci ildən bəri ən yüksək temperatur müşahidə olunur. Paralel olaraq, ABŞ-da qaz hasilatı 2023-cü ilin dekabrında rekord həddə - 105 milyard kubmetrə çatıb. Bildirilib ki, bu amillər təbii qazın qiymətlərinin sərbəst eniş vəziyyətinə düşməsinə səbəb olub. Təkcə cari ilin yanvarın ortalarından etibarən qazın qiyməti 50 faiz ucuzlaşıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.06.2026 [18:52]
Çində dünyanın ən böyük LNG daşıyan tankerinin inşasına başlanılıb
- 10.06.2026 [18:15]
ABŞ-də Günəş enerjisi ilə elektrik enerjisi istehsalı kömürü üstələyib
- 10.06.2026 [17:42]
Temperaturun kəskin dəyişməsi yeni reallığa çevrilir
- 10.06.2026 [17:14]