ABŞ-də bir bələdiyyə Ramazan bayramını dövlət bayramı elan edib
Bakı, 20 aprel, AZƏRTAC
ABŞ-nin Miçiqan ştatının bir bələdiyyəsində müsəlmanlar ilk dəfə Ramazan bayramının ilk gününü dövlət bayramı kimi keçirəcəklər.
AZƏRTAC xəbər verir ki, bu barədə Miçiqan ştatının Dirborn şəhərinin meri Abdullah Hammud yerli mediaya açıqlamasında bildirib: “Ölkədə ilk dəfədir ki, bir bələdiyyə Ramazan bayramını bayram elan edir və sizin inancınız digərləri kimi rəsmi olaraq tanınır. Düşünürəm ki, bu, çox vacibdir”.
2021-ci ildə seçilən və Dirbornun ilk müsəlman meri olan Livan əsilli Hammud deyib ki, müsəlman icması ilk dəfə özünü doğulub böyüdüyü şəhərin bir hissəsi kimi hiss edəcək.
Qəbul edilən qərarla ABŞ-də ilk dəfə bir bələdiyyənin bütün işçilərinə Ramazan bayramının ilk günü ödənişli məzuniyyət veriləcəyi, məhkəmələr və kitabxanalar kimi rəsmi qurumların isə bağlanacağı bildirilib.
Bayramın ikinci günündə Dearborn Şurasının himayəsi ilə pulsuz Ramazan bayramı keçiriləcəyi də açıqlanıb.
Qeyd edək ki, Dirborn ABŞ-də ən çox müsəlman əhalisi olan şəhər kimi tanınır və onun 110 minə yaxın əhalisinin təxminən yarısının ərəb mənşəli olduğu məlumdur.
Ölkədə hər il Fitr bayramı getdikcə daha çox qəbul edilərkən, Nyu-York və Nyu-Cersi kimi müsəlman əhalinin çox olduğu bəzi ştatlarda bayramın ilk günü məktəblər bağlanır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.10.2026 [17:04]
Hörmüz boğazında hücuma məruz qalmış tankerin 12 heyət üzvü yaralanıb
- 06.10.2026 [17:03]
Transilvaniyada süni intellekt mərkəzi yaradılacaq
- 06.10.2026 [16:58]
Gürcüstanda yanacaq yenidən bahalaşıb
- 06.10.2026 [16:49]
İraqda beş qruplaşma silahlarını təhvil verməyə razılaşıb
- 06.10.2026 [16:19]
Fransada lisey şagirdlərinin aksiyalarına tələbə və müəllimlər də qatılıb
- 06.10.2026 [16:09]
Almaniyada ilk dəfə AfD siyasətçisi əyalət parlamentinin sədri seçilib
- 06.10.2026 [16:07]