ABŞ DEMOKRATİK İSLAHATLAR SAHƏSİNDƏ AZƏRBAYCAN HÖKUMƏTİ İLƏ ƏMƏKDAŞLIĞI DAVAM ETDİRƏCƏKDİR
Parlament seçkilərinin ABŞ hökuməti tərəfindən diqqətlə izlənildiyini deyən Dövlət katibinin müavini bildirmişdir ki, ekzit-polun keçirilməsi baş verənlərin miqyasını təsəvvür etmək üçün yaxşı vasitə olmuşdur. Azərbaycan hökuməti nəticələri şübhə altına alınan məntəqələrdə təkrar seçkilər keçirəcəkdir. Daniel Frid hesab edir ki, təkrar seçkilər ədalətli keçirilsə, Azərbaycan hökuməti beynəlxalq icmanın narahatlığının aradan qaldırılması istiqamətində böyük yol keçmiş olacaqdır. O, əlavə etmişdir ki, demokratiyanın çoxsaylı əlamətləri var. Bu, yalnız səsvermə bülletenlərinin necə idarə olunmasından ibarət deyildir.
“Amerikan Enteprayz” İnstitutundakı çıxışını Birləşmiş Ştatların transatlantik əlaqələrinə həsr edən Daniel Frid Türkiyə ilə bağlı suala cavabında demişdir ki, ABŞ Azərbaycanda və Gürcüstanda islahatların dəstəklənməsi üzrə Türkiyə ilə əməkdaşlıq edir. Birləşmiş Ştatlar Türkiyənin Avropa Birliynə üzv olmaq istəyini gələcəkdə də dəstəkləyəcək və bunun üçün yardım göstərməyə hazırdır.