ABŞ dövlət katibi: İranın sülh yolunu seçəcəyinə ümid edirəm
Vaşinqton, 16 may, AZƏRTAC
İranın destruktiv deyil, sülh və firəvanlıq yolunu seçəcəyinə ümid edirəm.
AZƏRTAC-ın məlumatına görə, bu sözləri ABŞ dövlət katibi Marko Rubio “FoxNews”a müsahibəsində deyib.
Rubio bildirib ki, ABŞ Prezidenti Donald Tramp İrana çiçəklənən və sülhsevər ölkə olmaq imkanını tanıyıb və o, Tehranın bu təklifi qəbul edəcəyinə ümid edir.
“Prezident deyir ki, indiki vəziyyət əbədi sürməyəcək. O, bununla nə vaxtsa daha çox təzyiqə və digər variantlara əl atıla biləcəyini nəzərdə tutur, çünki İranın nüvə silahı ola bilməz”, - Rubio əlavə edib.
Məlahət Nəcəfova
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.10.2026 [12:30]
Aksiyalarda dağıdıcı fəaliyyət göstərənlər vurduqları zərəri ödəyəcəklər
- 28.10.2026 [12:17]
Fransanın büdcə vəziyyəti ilə bağlı xəbərdarlıq edilib
- 28.10.2026 [12:15]
Qırğızıstan-Tacikistan sərhədində zəlzələ baş verib
- 28.10.2026 [12:03]
Hörmüz boğazının şərqində neft tankeri minaya düşüb
- 28.10.2026 [11:54]
Bişkekdə fərdi məlumatların qorunması üzrə beynəlxalq forum keçirilir
- 28.10.2026 [11:53]