ABŞ GÜRCÜSTANI CƏNUBİ OSETİYADA GƏRGİNLİYİ AZALTMAQ ÜÇÜN MOSKVA VƏ SXİNVALİ İLƏ ƏMƏKDAŞLIĞA ÇAĞIRIR
AZƏRTAC-ın İTAR-TASS agentliyindən aldığı xəbərə görə, ABŞ Tbilisini Cənubi Osetiyada gərginliyi azaltmaq üçün yenə də təkidlə Moskva və Sxinvali ilə əməkdaşlıq etməyə çağıracaqdır. Bunu iyulun 22-də xarici jurnalistlər üçün brifinqdə ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Adam Ereli bəyan etmişdir. Amerikalı diplomat demişdir: ”Biz gərginliyi azaltmaq üçün Rusiya və Cənubi Osetiya liderləri ilə birgə fəaliyyət göstərməyi Gürcüstana təkidlə məsləhət görməyi davam etdirəcəyik. Bölgədə gərginlik qalmaqdadır və bu bizi narahat edir. Bizim mövqeyimiz, əvvəlki kimi, bundan ibarətdir ki, bütün tərəflər arasında dialoqu fəallaşdırmaq olduqca zəruridir. Biz yenə də təkidlə bütün tərəfləri hər hansı fitnəkarlıq hərəkətlərindən çəkinməyə və bundan sonra zorakılığa yol verməmək üçün qarşılıqlı surətdə fəaliyyət göstərməyə çağırmaqda davam edirik”.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.06.2026 [23:40]
Minlərlə metallurgiya işçisi Almaniyada etiraz aksiyalarına çıxıb
- 12.06.2026 [21:23]
Şahbaz Şərif: ABŞ və İran arasında sazişin yekun mətni razılaşdırılıb
- 12.06.2026 [21:15]
Əraqçi: İran və ABŞ sazişin imzalanmasına çox yaxındır
- 12.06.2026 [18:24]