ABŞ-ın maliyyə naziri ölkənin iqtisadi artım tempinin zəifləyəcəyini bildirib
Bakı, 11 oktyabr, AZƏRTAC
ABŞ iqtisadiyyatının inkişaf tempi zəifləyəcək, lakin tənəzzül baş verməyəcək.
AZƏRTAC xəbər verir ki, bunu ABŞ-ın maliyyə naziri Canet Yellen Beynəlxalq Valyuta Fondu və Ümumdünya Bankının rəhbər orqanlarının Mərakeşdə keçirilən payız sessiyası çərçivəsində təşkil olunan mətbuat konfransında deyib.
“Hesab edirəm ki, əmək bazarı və maaşların artırılması istiqamətində təzyiqlərlə müəyyənləşən “yumşaq eniş” ABŞ iqtisadiyyatı üçün əsas ssenari olaraq qalacaq. Lakin mən bunu mümkün olanlar arasında yeganə ssenari hesab etmirəm. Bu, sadəcə inkişafın daha çox ehtimal olunan yoludur”, - deyə Canet Yellen bildirib. O, həmçinin İsrail ətrafında baş verən hadisələrin həm ABŞ, həm də dünya iqtisadiyyatı üçün əlavə risklər yaratdığını söyləyib.
Beynəlxalq Valyuta Fondu ABŞ-ın ümumdaxili məhsulunun cari ildə 2,1 faiz, gələn il isə 1,5 faiz artacağını proqnozlaşdırır. Birləşmiş Ştatların Ticarət Nazirliyinin məlumatına əsasən, 2022-ci ildə iqtisadi inkişaf 2,1 faiz, 2021-ci ildə isə 5,9 faiz təşkil edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 02.10.2026 [22:23]
“The Guardian”: Qərb ölkələri səfirliklərini Kiyevdən köçürə bilər
- 02.10.2026 [21:45]
Avrozonada inflyasiya 3 ilin ən yüksək səviyyəsindədir
- 02.10.2026 [21:17]
Avropada təbii qaz qiymətləri həftəlik müqayisədə 2,5 faiz artıb
- 02.10.2026 [18:08]
Əlcəzairdə Cənub Hidrogen Dəhlizi layihəsi üzrə Bəyannamə imzalanıb
- 02.10.2026 [17:48]
Məkkə Müdafiə Sazişi çərçivəsində fövqəladə iclas olacaq
- 02.10.2026 [16:46]
Konqoda Ebola virusundan ölənlərin sayı 4018-ə çatıb
- 02.10.2026 [16:34]
Yəməndə aclıq səviyyəsi sürətlə artır
- 02.10.2026 [15:40]