ABŞ məhkəməsi Perunun sabiq prezidentinin həbsinə qərar verib
Bakı, 6 aprel, AZƏRTAC
ABŞ-nin apelyasiya məhkəməsi vətənində korrupsiyada ittiham edilən Perunun sabiq prezidenti Alexandro Toledonun həbs olunması və ekstradisiyası barədə qərar çıxarıb.
AZƏRTAC EFE agentliyinə istinadla xəbər verir ki, sabiq prezidentin işini aparan hakim Alexandro Toledonun cümə günü yerli vaxtla səhər saat 9:00-dək yaşadığı Kaliforniya ştatının San-Fransisko şəhərinin hakimiyyət orqanlarına təslim olmasını tələb edib.
Peru məhkəməsi 2017-ci ilin fevral ayında sabiq prezidentin həbsinə order verib. O, prezident postunu tutduğu 2001-2006-cı illərdə korrupsiyada və Braziliyanın “Odebrecht” inşaat kompaniyası ilə qanunsuz sövdələşmələrdə ittiham edilir. İstintaqın versiyasına görə, Toledo və onun administrasiyası Braziliya kompaniyasından 34 milyon dollar rüşvət alıb. Guya bunun əvəzində “Odebrecht” böyük avtomagistralın tikintisi üçün sərfəli müqavilə bağlayıb.
Son üç il ərzində girov müqabilində azadlıqda qalan siyasətçi 2013-cü ildə ABŞ vətəndaşlığı alıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [22:11]
Tramp: Nobel Sülh Mükafatını almamağım komitənin nüfuzuna xələl gətirər
- 07.10.2026 [18:41]
Rəsmi Kiyev 5 fərqli atəşkəs formatı üzərində işləyir
- 07.10.2026 [17:46]
Yəməndə köçkünlərin sayı 200 mini keçib
- 07.10.2026 [17:37]
Dehlidə binanın çökməsi nəticəsində bir neçə nəfər yaralanıb
- 07.10.2026 [16:24]