ABŞ Monteneqro və Serbiyadakı şirkətlərə sanksiya tətbiq edib
Podqoritsa, 31 oktyabr, AZƏRTAC
ABŞ Monteneqro və Serbiyadakı şirkətlərə Rusiyanı hərbi texnologiya və avadanlıqlarla təchiz etdikləri üçün sanksiya tətbiq edib.
AZƏRTAC ABŞ Xəzinə Departamentinin məlumatına istinadən xəbər verir ki, həmin şirkətlər Rusiyaya Ukraynadakı müharibəyə yardım edən hərbi məhsullar göndərir.
Monteneqrodakı IBC adlı şirkət bu ölkədə yaşayan Rusiya vətəndaşı Sergey Kokorevə məxsusdur. Onun şirkəti vasitəsilə Monteneqrodan Rusiyaya hərbi texnika ixrac etdiyi bildirilir.
Serbiyanın şimalında, Macarıstanla sərhəddə yerləşən Subotiça şəhərindəki “Ventrade DOO” adlı şirkətin isə Rusiya şirkəti ilə əlaqəli olduğu müəyyən edilib. Şirkətin Rusiyaya hərbi təyinatlı radiolar ixrac etdiyi bildirilir.
Serbiyanın sahibkarlıq subyektləri reyestrinin məlumatlarına görə, həmin şirkət Macarıstan vətəndaşı Zsolt Lajquta məxsusdur və onun tərəfindən idarə olunur.
Podqoritsa
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.10.2026 [14:13]
Yaponiyada qida istehlakı vergisi azaldılır
- 09.10.2026 [14:01]
Üçüncü rübdə qızıla qlobal investisiyalar rekord həddə çatıb
- 09.10.2026 [13:45]
Malayziyada toz dumanı səbəbindən məktəblər bağlanır
- 09.10.2026 [12:44]
Finlandiya vətəndaşlıq testi tətbiq edir
- 09.10.2026 [12:05]