ABŞ Prezidenti Co Bayden gələn ay Vyetnama səfər edəcək
Bakı, 29 avqust, AZƏRTAC
ABŞ Prezidenti Co Bayden gələn həftənin sonunda Vyetnama səfər edəcək və burada ikitərəfli əməkdaşlıq haqqında danışıqlar aparacaq.
AZƏRTAC xəbər verir ki, bu barədə bazar ertəsi Ağ Ev məlumat yayıb.
“Prezident Co Bayden sentyabrın 10-da Vyetnamın paytaxtı Hanoy şəhərinə səfər edəcək. O, Hanoyda ABŞ və Vyetnam arasında əməkdaşlığın dərinləşdirilməsi yollarını müzakirə etmək üçün baş katib Nquyen Phu Trong və digər yüksək səviyyəli liderlərlə görüşəcək”, - deyə məlumatda deyilir.
Məlumatda, həmçinin qeyd olunur ki, liderlər regionda sülh, firavanlıq və sabitlik mövzusunu da müzakirə edəcəklər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [20:22]
Qazaxıstan Prezidenti Almaniyaya səfər edib
- 29.09.2026 [19:13]
Tailandda güclü yağış və daşqınlar 23 nəfərin həyatına son qoyub
- 29.09.2026 [18:51]
Şri-Lankada denge virusuna yoluxanların sayı 100 mini keçib
- 29.09.2026 [18:04]