ABŞ Prezidenti ölkədə fövqəladə vəziyyətin müddətini uzadıb
Bakı, 8 sentyabr, AZƏRTAC
ABŞ Prezidenti Co Bayden 2001-ci il sentyabrın 11-də törədilmiş terror aktlarından sonra terrorizm ilə mübarizə ilə bağlı fövqəladə vəziyyətin müddətini bir il uzadıb.
AZƏRTAC “Europa Press” ispan agentliyinə istinadla xəbər verir ki, Co Bayden bəyanatında izah edib ki, 11 sentyabr tarixli terror aktları ölkə üçün "daimi və birbaşa" təhlükə yaratmağa davam edən böhrana səbəb olub.
“Mən ölkədə mövcud olan terror təhdidi ilə bağlı 2001-ci il sentyabrın 14-də elan olunmuş fövqəladə vəziyyətin müddətini daha bir il uzadıram”, - deyə onun bəyanatında bildirilir.
Birləşmiş Ştatlarda fövqəladə vəziyyət terrorçular təyyarələri ələ keçirəndən və onları Nyu-Yorkdakı Ümumdünya Ticarət Mərkəzinin qüllələrinə və Pentaqona yönəldəndən üç gün sonra tətbiq edilib. Daha bir təyyarə Pensilvaniya ştatında qəzaya uğrayıb. Ümumilikdə, terror aktları nəticəsində təqribən 3 min nəfər həlak olub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [12:33]
Çində robotlar arasında basketbol yarışı keçiriləcək
- 30.09.2026 [12:06]
Fransada alıcılıq qabiliyyəti kəskin zəifləyir
- 30.09.2026 [10:50]
Paris prokurorluğu 2027-ci il büdcəsi ilə bağlı mətbuata sızmaları araşdırır
- 30.09.2026 [07:38]
ABŞ Kubaya qarşı sanksiyaları sərtləşdirib
- 30.09.2026 [07:03]
Pentaqon “Boeing” şirkəti ilə 20 milyard dollarlıq müqavilə imzalayıb
- 30.09.2026 [06:31]