ABŞ SƏFİRİ NAXÇIVANA SƏFƏR EDƏCƏK
ABŞ-ın Azərbaycandakı səfirliyindən AZƏRTAC-a bildirmişlər ki, səfir Rino Harniş iyulun 6-7-də Naxçıvana səfər edəcəkdir. Səfir Naxçıvan əhalisi ilə görüşəcək, ABŞ hökumətinin Azərbaycan üçün proqramlarının bölgədə demokratiya, sivil cəmiyyət və iqtisadi inkişafa necə xidmət etməsi ilə yerində tanış olacaqdır. Səfir icra və bələdiyyə qurumlarının rəhbərləri, QHT-lər və mətbuat nümayəndələri ilə görüşəcəkdir. O, eləcə də Ordubadda yeni Parlament Seçki ofisinin açılışında iştirak edəcək və Məktəblərarası Əlaqələr Proqramı çərçivəsində fəaliyyət göstərən İnternet mərkəzinə və digər yardım proqramlarının həyata keçirildiyi yerlərə baş çəkəcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 02.10.2026 [19:24]
Avropa İttifaqı Şurasının üzvləri Ağdam rayonunda olublar VİDEO
- 02.10.2026 [19:15]
Yeni Azərbaycan Partiyasının VIII Qurultayı başa çatıb YENİLƏNİB
- 02.10.2026 [17:30]
Avropa İttifaqı Şurasının üzvləri Xankəndidə olublar VİDEO
- 02.10.2026 [17:21]
Xankəndidə Kommunikasiya üzrə İşçi Qrupun növbəti iclası olub
- 02.10.2026 [16:41]