ABŞ və Kanada arasında ticarət sazişi üzrə danışıqlar bərpa olunacaq
Bakı, 30 iyun, AZƏRTAC
ABŞ və Kanada iyulun 21-dək sazişi yekunlaşdırmaq üçün ticarət danışıqlarını davam etdirmək qərarına gəliblər.
AZƏRTAC xəbər verir ki, bu barədə Kanada hökumətinin saytında yerləşdirilən məlumatda deyilir.
“ABŞ Prezidenti Donald Tramp və Kanadanın Baş naziri Mark Karni iyulun 21-dək razılaşmanı yekunlaşdırmaq üçün danışıqları bərpa edəcəklər”, - deyə məlumatda bildirilir.
Kanadanın maliyyə naziri Fransua-Filipp Şampan danışıqları dəstəkləmək üçün ABŞ-ın “Amazon”, “Google”, “Meta”, “Uber” və “Airbnb” kimi texnologiya nəhənglərinə qarşı tətbiq olunan rəqəmsal xidmət vergisini ləğv etdiyini açıqlayıb.
Bir müddət öncə ABŞ dövlət başçısı Donald Tramp özünün sosial media hesabında Ottavanın bir sıra addımları səbəbindən Kanada ilə ticarət danışıqlarından imtina etdiyini yazıb. Prezident bu addımı Kanadanın ABŞ şirkətlərinə qarşı rəqəmsal xidmət vergisinin tətbiqi ilə izah edib.
Xatırladaq ki, ilin əvvəlində ABŞ 10 faizlik rüsumun tətbiq olunduğu enerji və neft məhsulları istisna olmaqla, Kanada mallarına 25 faizlik tariflər tətbiq edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [16:33]
Nigeriyada vəbadan ölənlərin sayı 74-ə çatıb
- 09.06.2026 [16:21]
Macyar və Orbanın gəlir bəyannamələri: yeni Baş nazir daha varlıdır
- 09.06.2026 [15:45]
Rusiyaya qarşı 21-ci sanksiyalar paketi: banklar və tankerlər hədəfdədir
- 09.06.2026 [15:44]
Yaponiyada H3 raketinin növbəti buraxılışı təxirə salınıb
- 09.06.2026 [15:30]
Filippindəki zəlzələ 145 mindən çox insana təsir göstərib
- 09.06.2026 [15:20]