ABŞ və Ukrayna Kiyevin NATO-ya üzvlüyünə mane olacaq sülh ssenarisini müzakirə ediblər
Bakı, 1 dekabr, AZƏRTAC
ABŞ və Ukrayna nümayəndələri Floridada danışıqlarda Kiyevin NATO-ya üzvlüyünə mane olacaq sülh nizamlanması ssenarisini müzakirə ediblər.
AZƏRTAC-ın məlumatına görə, CNN telekompaniyası mənbələrinə istinadla məlumat yayıb ki, NATO üzvləri və Rusiya tərəfindən birbaşa razılaşdırılmalı olan sazişlər səbəbindən Ukrayna faktiki olaraq NATO-ya üzv ola bilməyəcək. Bu məsələ ilə bağlı yekun qərar hələ qəbul edilməyib və bunun üçün, həmçinin Ukrayna hakimiyyətinin razılığı lazımdır.
Xatırladaq ki, ABŞ və Ukrayna arasında danışıqlar noyabrın 30-da Floridanın cənubunda baş tutub. ABŞ tərəfini danışıqlarda dövlət katibi Marko Rubio, Donald Trampın xüsusi nümayəndəsi Stiven Uitkoff və Ağ Evin sahibinin kürəkəni Cared Kuşner təmsil edib. Ukrayna nümayəndə heyətinə isə Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rüstem Ümerov və xarici işlər nazirinin birinci müavini Serqiy Kislitsya daxildir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.09.2026 [14:00]
Gürcüstan ilə Avropa Şurası arasında münasibətlər yenidən gərginləşə bilər
- 21.09.2026 [13:08]
Misirdə müxtəlif dövrlərə aid qədim məzarlar aşkarlanıb
- 21.09.2026 [12:18]
İran aviaşirkətləri Gürcüstana uçuşları dayandırıb
- 21.09.2026 [12:16]
"Vahid Rusiya" ilk dəfə Dövlət Dumasında ən böyük fraksiyaya sahib olacaq
- 21.09.2026 [12:12]
SEPAH ABŞ-yə məxsus MQ-1 pilotsuz uçuş aparatının vurulduğunu açıqlayıb
- 21.09.2026 [11:56]