ABŞ Venesuelanın 16 rəsmi şəxsinə sanksiya tətbiq edib
Vaşinqton, 12 sentyabr, AZƏRTAC
ABŞ Venesuelanın bir qrup rəsmi şəxsinə sanksiya tətbiq edib.
AZƏRTAC-ın ABŞ Xəzinə Departamentinə istinadən verdiyi məlumata görə, yeni sanksiya Prezident Nikolas Maduronun komandasından 16 şəxsə şamil edilib. Sanksiya siyahısına daxil edilənlər arasında Milli Seçki Şurası, Ali Ədliyyə Tribunalı və Milli Assambleyanın rəhbərlərinin adları da var. Sanksiya ABŞ-ın bu ilin iyulunda Venesuelada keçirilmiş prezident seçkilərinin nəticələrini tanımaması ilə bağlıdır.
Bugünkü sanksiya da daxil olmaqla Xəzinə Departamenti 140-dan çox venesuelalı indiki və keçmiş rəsmi şəxslərə sanksiya tətbiq edib. Həmçinin 2000-ə yaxın şəxsin adı Dövlət Departamentində viza məhdudiyyəti tətbiq edilə biləcək şəxslər kimi qeydiyyata alınıb.
Məlahət Nəcəfova
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.10.2026 [20:28]
Tramp husilərə xəbərdarlıq edib
- 13.10.2026 [20:24]
ABŞ Prezidenti: ABŞ İranla bağlı çox yaxın zamanda qərar verəcək
- 13.10.2026 [20:21]
Tramp: ABŞ Ukrayna ilə kəşfiyyat məlumatlarını paylaşmağa davam edir
- 13.10.2026 [18:49]
Türkiyə Prezidenti Səudiyyə Ərəbistanı ilə həmrəy olduğunu bəyan edib
- 13.10.2026 [18:42]