ABŞ XƏZƏR DƏNİZİNİN DİBİNİN BÖLÜNMƏSİ HAQQINDA AZƏRBAYCAN-RUSİYA RAZILAŞMASINI DƏSTƏKLƏYİR
Dövlət Departamentinin mətbuat katibi Riçard Bauçer Xəzər dənizinin dibinin bölünməsi haqqında Azərbaycan-Rusiya razılaşmasının ABŞ tərəfindən dəstəkləndiyini bildirmişdir.
Bununla bağlı oktyabrın 1-də yayılan bəyanatda deyilir ki, ABŞ Dövlət Departamenti Rusiya Prezidenti Vladimir Putinin və Azərbaycan Prezidenti Heydər Əliyevin Xəzər dənizinin dibinin bölünməsinə dair imzaladıqları razılaşmanı alqışlayır. Rəsmi Vaşinqton Qazaxıstan ilə Rusiya arasında eyni razılaşma ilə birlikdə bu sənədin Xəzər bölgəsinə yeni sərmayələrin cəlb edilməsinə şərait yaradacağını və regionda sülhə və sabitliyə möhkəm dəstək olacağını bildirir. Birləşmiş Ştatlar Xəzər dənizinin sərhədləri məsələsinin Xəzəryanı beş dövlət arasında sülh yolu ilə konstruktiv şəkildə həll edilməsinə tərəfdardır.
Şəfər Akifqızı
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.06.2026 [16:05]
Azərbaycan–Çin əlaqələrinin inkişaf perspektivlərindən danışılıb
- 12.06.2026 [13:47]
Musa Quliyev: Türk dünyasında həmrəylik daha da gücləndirilməlidir
- 12.06.2026 [13:41]
Azərbaycanın Portuqaliyada səfirliyi təsis edilir
- 11.06.2026 [23:01]