Abşeron rayonunda avtomobildən külli miqdarda pul oğurlayan dəstənin daha bir üzvü tutulub
Bakı, 2 sentyabr, AZƏRTAC
Abşeron rayonunda sürücüyə xəsarət yetirib avtomobildən külli miqdarda pul oğurlayan dəstənin daha bir üzvü tutulub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, avqustun 21-də rayon ərazisində R.Cavadovun baş nahiyəsinə küt alətlə xəsarət yetirib “Opel” markalı avtomobilindən içərisində 7 min ABŞ dolları və 5341 manat məbləğində pul olan çantanı aparmaqda şübhəli bilinən qrupun digər üzvü - Sabirabad rayon sakini B.Kərimov Baş Cinayət Axtarışı İdarəsinin, Abşeron Rayon Polis İdarəsinin və Şirvan Şəhər Polis Şöbəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Şirvanda saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [21:14]
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi intihar edib
- 27.08.2023 [19:00]
Fatmayı kəndində dənizdə batan şəxsin meyiti tapılıb - YENİLƏNİB
- 27.08.2023 [10:44]
FHN: Ötən sutka ərzində 40 yanğına çıxış olub, 13 nəfər xilas edilib VİDEO
- 25.08.2023 [21:05]
Oğuzda baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb
- 25.08.2023 [14:54]