Abşeron yarımadasının Xəzər dənizi sahili boyu turizm kompleksi yaradılacaq
Bakı, 7 avqust (AZƏRTAC). Abşeron yarımadasının Xəzər dənizi ətrafı boyu turizm kompleksinin yaradılması təklif olunur. Bu “Böyük Bakının Regional İnkişaf Planı” layihəsi üzrə iqtisadi inkişafın əsas istiqamətlərindən biri olacaq.
AZƏRTAC xəbər verir ki, bu sözləri layihənin əlaqələndiricisi, Bakı Dövlət Layihə İnstitutunun direktoru İlqar İsbatov deyib.
O bildirib ki, həmin ərazidə turizm infrastrukturunun inkişafı, müasir turizm komplekslərinin yaradılması, eləcə də sanatoriya-müalicə və istirahət mərkəzlərinin bərpası iqtisadi inkişafın prioritetlərindəndir.
Layihəyə, həmçinin kənd təsərrüfatının inkişafının dəstəklənməsi yolu ilə ərzaq istehsalı müəssisələrinin təşkili, o cümlədən çörək və qənnadı məhsullarının istehsalı daxildir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [14:40]
Xızı və Şabranın turizm imkanları yerli sənaye nümayəndələrinə təqdim olunub
- 28.09.2026 [15:22]
Dünyanın maraq göstərdiyi palçıq vulkanlarına səyahət VİDEO
- 28.09.2026 [13:01]
Murad Ağabəyli: Palçıq vulkanlarına antropogen təsirin qarşısı alınır
- 23.09.2026 [17:15]