Adanada silahlı hücum olub, dörd nəfər yaralanıb
Bakı, 28 avqust, AZƏRTAC
Adananın Seyhan rayonunda silahlı hücum nəticəsində 4 nəfər yaralanıb.
AZƏRTAC “TRT Haber”ə istinadla xəbər verir ki, parkda oturan şəxslərə naməlum motosikletçilər silahlı hücum ediblər. Hadisə nəticəsində 4 nəfər güllə yarası alıb. Onlardan ikisinin vəziyyəti ağırdır. Əraziyə hüquq-mühafizə orqanlarının əməkdaşları və təcili yardım cəlb edilib. Yaralılar xəstəxanalara çatdırılıb.
Polis hadisəni törədənlərin axtarışına başlayıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [19:13]
Tailandda güclü yağış və daşqınlar 23 nəfərin həyatına son qoyub
- 29.09.2026 [18:51]
Şri-Lankada denge virusuna yoluxanların sayı 100 mini keçib
- 29.09.2026 [18:04]
Amur vilayətində Tu-95 hərbi təyyarəsi qəzaya uğrayıb
- 29.09.2026 [17:05]