Adıyamanda dağıntılar altında 198 saat qalan 18 yaşlı gənc xilas edilib
Bakı, 14 fevral, AZƏRTAC
Türkiyədə əsrin fəlakəti adlandırılan zəlzələnin dağıdıcı təsirinə məruz qalan Adıyamanda 18 yaşlı gənc dağıntılar altından 198 saat sonra sağ çıxarılıb.
AZƏRTAC Anadolu agentliyinə istinadla xəbər verir ki, xilasedicilər zəlzələnin 9-cu günü Məhəmməd Cəfər Çətin adlı gənci xilas edə biliblər.
Agentlik xatırladır ki, 1992-ci il martın 13-də baş vermiş Erzincan zəlzələsi zamanı Nurcan Eraslan dağıntılar altından 187 saat sonra çıxarılmışdı.
Fevralın 6-da yerli vaxtla saat 04:17-də Türkiyənin Kahramanmaraş vilayətinin Pazarcık rayonunda 7,7 bal, saat 13:24-də isə Elbistan rayonunda 7,6 bal gücündə iki zəlzələ baş verib. Yeraltı təkanlar Türkiyə ilə yanaşı Suriyada da dağıntılara və çoxsaylı insan tələfatına səbəb olub. Zəlzələdən sonra 2 min 724 afterşok qeydə alınıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.10.2026 [15:20]
Aİ Rusiyada 1600-dək fiziki və hüquqi şəxsə əlavə sanksiyalar tətbiq edib
- 12.10.2026 [14:25]
“Yandex”in data mərkəzlərinin bərpası bir neçə ay çəkə bilər
- 12.10.2026 [13:18]
Böyük Britaniyada sığınacaq sistemi 5 il müddətinə dayandırıla bilər
- 12.10.2026 [13:08]
Ər-Riyad hava limanında operativ əməliyyatlar təxirə salınıb
- 12.10.2026 [12:57]