ADNSU-da ilk dərs saatları Xocalı faciəsinə həsr edilir
Bakı, 24 fevral, AZƏRTAC
Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Xocalı soyqırımının 24-cü ildönümünə həsr olunmuş tədbir keçirilib.
ADNSU-dan AZƏRTAC-a bildiriblər ki, tədbirdə çıxış edənlər mənfur ermənilərin torpaqlarımızda, o cümlədən 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda törətdikləri qanlı hadisələrdən söz açıblar.
Vurğulanıb ki, Xocalı faciəsi xalqımızin qan yaddaşına əbədi yazılıb. Fevralın 20-dən etibarən ADNSU-da ilk dərs saatları Xocalı faciəsinə həsr olunur.
Tədbir ermənilərin işğalçılıq siyasətinə qarşı etiraz olaraq oturaq aksiyalarla davam edib.
Eyni zamanda, tədbir çərçivəsində faciə ilə bağlı rəsm sərgiləri təşkil olunub, internet səhifələrinə Xocalı soyqırımı barədə məlumatlar daxil edilib, sənədli və bədii filmlər göstərilib.