AFFA dörd klubu cərimələyib
Bakı, 16 fevral, AZƏRTAC
AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.
AZƏRTAC Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, yığıncaqda Azərbaycan Premyer Liqasının XXII turunda qeydə alınan qayda pozuntularına hüquqi qiymət verilib.
“Kəpəz” - “Səbail” oyununda meydan sahiblərinin 6, qonaqların isə 4 futbolçusu sarı vərəqə aldığı üçün hər iki klub 700 manat cərimə edilib. İkinci sarıdan qırmızı vərəqə görən Gəncə təmsilçisinin müdafiəçisi Vurğun Hüseynov 1 oyun cəzalanıb, klubunu isə 500 manat xərcə salıb.
“Neftçi” ilə oyununun fasiləsində “Araz-Naxçıvan”ın məşqçisi Vadar Nuriyev hakimin qərarına etiraza görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyun cəzalanıb, klub 1500 manat ziyana düşüb.
Matçda “ağ-qaralar”ın 5 futbolçusu sarı vərəqə aldığına görə paytaxt klubu 700 manat cərimə edilib. “Neftçi” azarkeşləri tərəfindən rəqib futbolçuların ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə görə klub 1000 manat cərimə ödəyəcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.10.2026 [16:46]
“Sabah” – “Borussiya Dortmund” oyununun biletləri satışa çıxarılıb
- 08.10.2026 [16:43]
Azərbaycan Kubokunda daha üç oyun keçirilib
- 08.10.2026 [16:12]
MOK rəsmiləri Xorvatiyada Olimpiya Həmrəyliyi Forumunda iştirak edəcəklər
- 08.10.2026 [15:33]
Azərbaycan Premyer Liqasında VII turun hakim təyinatları açıqlanıb
- 08.10.2026 [15:12]
Azərbaycan cüdoçusu dünya çempionatında bürünc medal uğrunda yarışacaq
- 08.10.2026 [14:18]
“Səbail” kamerunlu futbolçunu heyətinə qatıb
- 08.10.2026 [14:05]
“Arsenal”ın futbolçusu 3 göstərici üzrə Ginnesin Rekordlar Kitabına düşüb
- 08.10.2026 [13:14]