İDMAN
AFFA “Neftçi”nin sabiq futbolçusunun şikayətini təmin etməyib
![AFFA “Neftçi”nin sabiq futbolçusunun şikayətini təmin etməyib](/files/2024/2/1200x630/17183685075730438014_1200x630.jpg)
Bakı, 14 iyun, AZƏRTAC
AFFA-nın Apellyasiya Arbitraj Tribunalı “İrəvan” klubunun sabiq futbolçusu Fəhmin Muradbəyli və “Azərbaycan Qartalları” uşaq futbol klubunda məşqçi işləmiş Rüfət Həsənovun şikayətini təmin etməyib.
AZƏRTAC milli assosiasiyanın rəsmi saytına istinadən xəbər verir ki, danışılmış oyunlarda iştiraklarına görə təqsirli bilinərək ömürlük futboldan uzaqlaşdırılan hər iki şəxslə bağlı qərar dəyişdirilməyib.
Bildirilib ki, maraqlı tərəflər Apellyasiya Arbitraj Tribunalının qərarından Lozannadakı (İsveçrə) Beynəlxalq İdman Arbitraj Məhkəməsinə (CAS) şikayət vermək hüququna malikdir.
Qeyd edək ki, Fəhmin Muradbəyli karyerası ərzində “Neftçi”, “Səbail” və “Keşlə” (indiki “Şamaxı”) komandalarında çıxış edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 03.07.2024 [18:17]
Azərbaycanın iki həndbol hakimi Açıq Avropa çempionatına təyinat alıb
- 03.07.2024 [17:48]
Tanınmış basketbolçu ilə müqavilə yenilənir
- 03.07.2024 [17:41]
Azərbaycan cüdoçuları Paris Olimpiadasına İspaniyada hazırlaşırlar
- 03.07.2024 [17:23]
“Real Madrid”in stadionu DÇ-2030-un final oyununa ev sahibliyi edəcək
- 03.07.2024 [16:56]
Azərbaycan Badminton Federasiyası Botsvanaya invertar ianə edib
- 03.07.2024 [16:16]
İngiltərə klubu Seneqal millisinin futbolçusunu transfer edib
- 03.07.2024 [16:15]
Naxçıvan gimnastlarının məşq şəraiti standartlara uyğunlaşdırılır
- 03.07.2024 [15:45]