AFFA-nın icraçı vitse-prezidenti Şamaxıda futbol məktəbinın məşqini izləyib
Bakı, 15 dekabr, AZƏRTAC
Dekabrın 15-də AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov Şamaxıda olub. E.Məmmədov Şamaxı şəhər stadionunda AFFA tərəfindən təsis olunmuş futbol məktəbinın məşqini izləyib.
AZƏRTAC AFFA-ya istinadla xəbər verir ki, məktəbin koordinatoru Vəli Qasımov burada hazırlıq keçən uşaqlar və seleksiya prosesi barədə məlumat verib.
Qeyd edək ki, V.Qasımovla yanaşı, məktəbdə Şamaxını təmsil edən daha üç məşqçi fəaliyyət göstərir.