AFFA-nın Klublar Komitəsinin iclası keçiriləcək
Bakı, 22 dekabr, AZƏRTAC
AFFA-nın Klublar Komitəsinin 2015-ci ildə son iclasının vaxtı və yeri açıqlanıb.
AZƏRTAC xəbər verir ki, tədbir dekabrın 24-də “Boulevard Baku” otelində keçiriləcək.
Saat 11:00-da başlanacaq iclasın gündəliyində əsas məsələ Klublar Komitəsinə yeni sədr seçkisi olacaq. Hazırda komitəyə “Xəzər-Lənkəran”ın vitse-prezidenti Tuyqun Nadirov rəhbərlik edir. Mövcud əsasnamə onun yenidən seçilməsini qadağan etmir.
İclasda mövsümün ilk iki dövrəsinin təhlil və əksər klubların üzləşdiyi maliyyə böhranından çıxış yollarının da müzakirə olunacağı gözlənilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.10.2026 [16:56]
Premyer Liqa: “Şamaxı” turun açılış oyununda əzmkar qələbə qazanıb
- 16.10.2026 [16:40]
AFFA rəsmiləri “Qarabağ”ın akademiyasını ziyarət ediblər
- 16.10.2026 [16:14]