AFFA PREZİDENTİ RÖVNƏQ ABDULLAYEV FİFA PREZİDENTİ YOZEF BLATTERLƏ GÖRÜŞMÜŞDÜR
Bakı, 17 yanvar (AZƏRTAC). Yanvarın 17-də Moskvada FİFA-nın prezidenti Yozef Blatterlə AFFA prezidenti Rövnəq Abdullayev arasında görüş keçirilmişdir.
R.Abdullayev Azərbaycan futbolunda baş verən yeniliklər, həyata keçirilən layihələr barədə FİFA prezidentinə məlumat vermişdir. Bildirilmişdir ki, ötən il ölkəmizdə çimərlik futbolu üçün müasir standartlara cavab verən stadion, respublikanın müxtəlif bölgələrində süni örtüklü meydançalar, həmçinin Bakıda futbol akademiyası inşa olunaraq istifadəyə verilmişdir. Yozef Baltterə yenicə inşa olunmuş futbol akademiyası barədə məlumatları əks etdirən kataloq təqdim olunmuşdur.
FİFA prezidenti futbolun inkişafı naminə AFFA-ya hərtərəfli yardım göstəriləcəyini söyləmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.10.2026 [21:21]
Avropa Kuboku: “Gəncə” Yunanıstan klubuna uduzub
- 13.10.2026 [19:40]
Çempionlar Liqası: “Sabah” və “Slaviya Praqa”nın start heyətləri açıqlanıb
- 13.10.2026 [19:01]
Şotlandiyada stadionlarda alkoqol qəbuluna yenidən icazə verilib
- 13.10.2026 [17:29]
Asim Xudiyev UEFA-dan təyinat alıb
- 13.10.2026 [17:06]
UEFA Gənclər Liqası: “Sabah”ın U-19 komandası Çexiya klubuna uduzub
- 13.10.2026 [16:42]