AFR ədliyyə naziri ölkə Konstitusiyasından “irq” sözünün çıxarılmasını təklif edib
Berlin, 17 iyun, AZƏRTAC
Almaniya Federativ Respublikasının (AFR) ədliyyə naziri Kristine Lambrext ölkə Konstitusiyasında “irq” termini əvəzinə başqa bir söz seçməyi təklif edib.
AZƏRTAC xəbər verir ki, nazirin fikrincə, bu söz artıq köhnəlib və vətəndaşların dərisinin rənginə görə ayrı-seçkilikdən müdafiə olunması üçün münasib termin deyil.
İkinci Dünya Müharibəsindən sonrakı illərdə, ölkənin indiki Konstitusiyasının mətni tərtib edilərkən bu termin həmin dövr üçün adekvat idi. Lakin Lambrextin fikrincə, yeni minillikdə cəmiyyətin ayrı-seçkilikdən qorunması üçün son illərin meyillərini tam əks etdirən daha mükəmməl linqvistik vasitələr axtarıb tapmaq lazımdır.
“Solçular” və “yaşıllar” naziri dəstəkləyərək razılaşıblar ki, Konstitusiyada belə bir ifadənin işlədilməsi insanların “kateqoriyalara” bölünməsini leqallaşdırır.
İndi ölkənin Əsas Qanununa müvafiq dəyişikliklər edilməsi üçün Bundestaq üzvlərinin üçdə iki hissəsinin razılığını almaq lazımdır.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.10.2026 [16:44]
Qara dənizdə PUA ilə vurulan gəmidə 10 nəfər itkin düşüb
- 08.10.2026 [16:36]
BƏƏ Qəzzada 600 min insanın su təminatına dəstək olub
- 08.10.2026 [16:30]
Mərakeşdə Fəs Sufi Mədəniyyəti Festivalı təşkil olunacaq
- 08.10.2026 [15:31]
Mərakeşdə VIII Beynəlxalq Aviasiya Sərgisi keçirilir
- 08.10.2026 [15:06]
Rusiya ordusu Kramatorskda avtobusu vurub: 33 nəfər həlak olub
- 08.10.2026 [15:01]