Afrika Millətlər Kubokunun başlama vaxtı Ramazan ayına görə dəyişdirilib
Bakı, 28 yanvar, AZƏRTAC
Bu il Misirdə keçiriləcək futbol üzrə Afrika Millətlər Kubokunun başlama vaxtı Ramazan ayına görə dəyişdirilib.
AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, turnir əvvəlcədən planlaşdırıldığı kimi iyun 13-dən iyulun 15-dək deyil, iyunun 21-dən iyulun 19-dək təşkil olunacaq. Buna səbəb Şimali Afrikanın bəzi ölkələrinin futbolçuları mayın 5-dən iyunun 3-dək davam edəcək müsəlmanların müqəddəs Ramazan ayına görə vaxt istəmələri olub.
Misirdə keçiriləcək Afrika Millətlər Kuboku yarışları Qahirədə başlayacaq. Bu il keçiriləcək turnirdə 24 komanda iştirak edəcək. Daha əvvəllər isə bu çempionatda 16 komanda mübarizə aparıb.
Qeyd edək ki, 2017-ci ildə Qabonda keçirilmiş sonuncu çempionatda Kamerun millisi qalib gəlib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.10.2026 [17:55]
Premyer Liqa: “Kəpəz” "Araz-Naxçıvan"a qalib gəlib
- 09.10.2026 [17:46]
Azərbaycanın fiqurlu konkisürənləri Qazaxıstanda bürünc medal qazanıblar
- 09.10.2026 [17:38]
Türkiyə klubunda almaniyalı baş məşqçi
- 09.10.2026 [17:21]
Avropa çempionatı: Azərbaycanın qadın boksçusu finala yüksəlib
- 09.10.2026 [17:04]
“Barselona”nın hücumçusu “Qalatasaray”la oyunu buraxacaq
- 09.10.2026 [16:41]
Azərbaycan Kubokunda son 23 mövsümün rekordu qeydə alınıb
- 09.10.2026 [16:31]
Azərbaycanın U-15 millisi UEFA İnkişaf Turnirinə Bakıda hazırlaşacaq
- 09.10.2026 [16:28]