AĞ EV İNFORMASİYANIN SIZMASI İLƏ MÜBARİZƏYƏ BAŞLAMIŞDIR
Nəşrin yazdığına görə, ABŞ Ədliyyə Nazirliyi xəbərdarlıq etmişdir ki, informasiya sızması ilə əlaqədar jurnalistlər casusluqla mübarizə qanunvericiliyi çərçivəsində məhkum edilə bilərlər. Bundan əlavə, Federal Təhqiqat Bürosu hökumətin qaldırdığı bir neçə işlə məşğul olur, Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) əməkdaşları isə “yalantutan detektorda” yoxlanılırlar.
Hazırda Məkəzi Kəşfiyyat İdarəsinin, Milli Təhlükəsizlik Agentliyinin (MTA) və digər xüsusi xidmət orqanlarının əməkdaşları dindirilirlər. Ağ ev MKİ-nin bir sıra xarici ölkələrin ərazilərindəki məxfi həbsxanaları və MTA-nın terrorizmlə mübarizə çərçivəsində ABŞ vətəndaşlarının telefon danışıqlarının dinlənilməsinə dair məxfi proqramı haqqında məlumatların mətbuata düşməsində təqsirkarları tapmağa cəhd göstərir.
“Nyu-York tayms”qəzetinin icraçı redaktoru Bill Keller bildirmişdir ki, Buş hökuməti xaricdə təşviq etdiyi dəyərlərə qarşı öz ölkəsində müharibə elan etmişdir.