Ağcabədidə “Həmrəy olaq” devizi ilə velosiped turu təşkil edilmişdir
Ağcabədi, 29 dekabr (AZƏRTAC). “Yaşıl Velosipedçilər Klubu - Ağcabədi” Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yen il bayramı münasibətilə Ağcabədidə genişmiqyaslı velosiped turu təşkil etmişdir.
AZƏRTAC xəbər verir ki, Ağcabədi Rayon İcra Hakimiyyəti və Aqro İnformasiya Mərkəzinin dəstəyi ilə keçirilən veloyürüşdə rayonda fəaliyyət göstərən dövlət və özəl təşkilatların nümayəndələri, gənclər həmrəylik nümayiş etdirmişlər.
“Həmrəy olaq” devizi altında keçirilən velosiped turunun məqsədi həmrəylik nümayiş etdirməklə yanaşı, yerli əhalinin diqqətini ətraf mühitin mühafizəsinə cəlb etmək və ekoloji nəqliyyat vasitəsi olan velosipedi əhali arasında təbliğ etməkdir.
Tur Ağcabədi şəhərinin mərkəzi meydanında xalqımızın ümummilli lideri Heydər Əliyevin abidəsi önünə tər çiçək dəstələri qoymaqla başlamış, Heydər Əliyev prospekti - Xəlfələddin küçəsi -Heydər parkı - Qarabağ Muğam Mərkəzi istiqamətində davam etdirilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [19:04]
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
- 30.09.2026 [18:31]
Hava şəraiti qeyri-sabit keçəcək, temperatur 5-8 dərəcə enəcək - XƏBƏRDARLIQ
- 30.09.2026 [15:39]
“Kopernik” agentliyi: Arktikada sürətli iqlim dəyişmələri baş verir
- 30.09.2026 [13:04]
Sabah bəzi yerlərdə yağış yağacaq
- 30.09.2026 [09:59]
Ölkə ərazisində hava şəraiti yağıntılı keçib
- 29.09.2026 [17:06]
Ağdam Sənaye Parkının ərazisində 100-dən çox ağac əkilib
- 29.09.2026 [16:37]
Oktyabr ayına gözlənilən hava proqnozu açıqlanıb
- 29.09.2026 [16:19]