REGİONLAR
Ağdam rayonunun Novruzlu kəndi
Bakı, 23 iyul, AZƏRTAC
Novruzlu kəndi Ağdam rayon mərkəzindən 12 kilometr cənub-şərqdə, qismən dağətəyi ərazidə yerləşir. Ağdam rayonunun ən böyük kəndlərindən olan Novruzluda 1993-cü il iyulun 4-nə olan statistikaya görə, 698 ailə - 2666 nəfər yaşayırdı. İşğaldan əvvəl kənddə yeni məktəb binası, klub, kitabxana, xəstəxana, rabitə şöbəsi, məişət evi, şərab zavodu fəaliyyət göstərirdi. Ağdam aeroportu da məhz bu kəndin ərazisində inşa edilmişdi.
Kənd 1993-cü il iyulun 22-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuşdu.
İkinci Qarabağ müharibəsində Ordumuzun Şanlı Qələbəsindən sonra Azərbaycan Prezidenti, Rusiya Prezidenti və Ermənistan baş naziri tərəfindən 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanata əsasən, Ağdam rayonu noyabrın 20-də Azərbaycana qaytarılıb.
AZƏRTAC işğal dövründə erməni vandalizminə məruz qalmış kənddən görüntüləri təqdim edir.