Ağdam rayonunun Poladlı kəndi
Bakı, 16 iyul, AZƏRTAC
Ağdam rayonunun Poladlı kəndi Qarqar çayının sahilində yerləşir.
1993-cü ildə Ermənistan tərəfindən işğal olunmuşdu.
2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsində məğlub olan Ermənistan həmin il noyabrın 10-da kapitulyasiya aktına imza atdı. Bu müqaviləyə əsasən Ermənistan hərbçiləri noyabrın 20-də Ağdam rayonunu, o cümlədən Poladlı kəndini tərk edərək Azərbaycan Silahlı Qüvvələrinə təhvil verdi.
AZƏRTAC işğal dövründə erməni vandalizminə məruz qalmış kənddən görüntüləri təqdim edir.