Ağdam rayonunun Qarapirimli kəndi
Bakı, 9 iyul, AZƏRTAC
Ağdamın Qarapirimli kəndi rayon mərkəzindən 20 kilometr şimalda, Xaçın çayından 6 kilometr məsafədə, Papravənd çayının sağ sahilində, Qarabağ düzündə yerləşir.
1993-cü ildə Ermənistan tərəfindən işğal olunmuşdu.
2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsində məğlub olan Ermənistan həmin il noyabrın 10-da kapitulyasiya aktına imza atdı. Bu müqaviləyə əsasən Ermənistan hərbçiləri noyabrın 20-də Ağdam rayonunu, o cümlədən Qarapirimli kəndini tərk edərək Azərbaycan Silahlı Qüvvələrinə təhvil verdi.
AZƏRTAC işğal dövründə erməni vandalizminə məruz qalmış kənddən görüntüləri təqdim edir.