AĞDAMDA KİQBOKSİNQ ÜZRƏ RESPUBLİKA ÇEMPİONATI BAŞLANMIŞDIR
AZƏRTAC xəbər verir ki, mayın 17-də Ağdam rayonunun Quzanlı qəsəbəsindəki Olimpiya - İdman Kompleksində gənclər və yeniyetmələr arasında kiqboksinq üzrə XIV respublika çempionatı başlanmışdır.
Çempionatda 29-u Bakı şəhərindən, 26-sı digər rayonlardan olmaqla 46 komanda iştirak edir. Yarışlarda 181 yeniyetmə idmançı 12 çəki dərəcəsində, 138 gənc isə 11 çəki dərəcəsində mübarizə aparacaqdır.
Mayın 18-də başa çatacaq yarışda kiqboksinq üzrə respublikamızın yığma komandası müəyyənləşəcək və bu komanda dünya səviyyəli yarışlarda Azərbaycanı təmsil edəcəkdir.
Çempionatın açılış mərasimində çıxış edən Azərbaycan Kiqboksinq Federasiyasının prezidenti, Milli Məclisin deputatı Adil Əliyev və Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Həsən Sarıyev ölkədə idmanın inkişafına göstərdiyi qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildirmiş, yarış iştirakçılarına uğurlar arzulamışlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.10.2026 [17:55]
Premyer Liqa: “Kəpəz” "Araz-Naxçıvan"a qalib gəlib
- 09.10.2026 [17:46]
Azərbaycanın fiqurlu konkisürənləri Qazaxıstanda bürünc medal qazanıblar
- 09.10.2026 [17:38]
Türkiyə klubunda almaniyalı baş məşqçi
- 09.10.2026 [17:21]
Avropa çempionatı: Azərbaycanın qadın boksçusu finala yüksəlib
- 09.10.2026 [17:04]
“Barselona”nın hücumçusu “Qalatasaray”la oyunu buraxacaq
- 09.10.2026 [16:41]
Azərbaycan Kubokunda son 23 mövsümün rekordu qeydə alınıb
- 09.10.2026 [16:31]
Azərbaycanın U-15 millisi UEFA İnkişaf Turnirinə Bakıda hazırlaşacaq
- 09.10.2026 [16:28]