Ağdamda tapılan minalar Bob Bləkmənin iştirakı ilə zərərəsizləşdirilib
Ağdam, 6 aprel, Aydın Yavərzadə, AZƏRTAC
Böyük Britaniya-Azərbaycan parlamentlərarası əlaqələr üzrə dostluq qrupunun sədri Bob Bləkmənin rəhbərlik etdiyi nümayəndə heyətinin Ağdama səfəri zamanı minaların təmizlənməsi prosesi ilə tanışlıq olub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, qonaqlar Ağdamın Xıdırlı kəndi ərazisinin işğal zamanı dağıntılara məruz qalmasına və minalarla çirkləndirilmiş olmasına şahidlik ediblər.
Daha sonra ərazidən tapılan mina və partlamamış silah-sursatların bir qismi zərərsizləşdirilib. Bu proses Bob Bləkmən tərəfindən həyata keçirilib. Ağdam şəhərində tapılan 9 ədəd tank əleyhinə, 2 ədəd piyada əleyhinə, 2 ədəd əldəqayırma hərbi sursat və 1 ədəd RPG7 raketi partladılma yolu ilə zərərsizləşdirilib.