Ağdaşda yarım ildə 89,6 milyon manatlıq kənd təsərrüfatı məhsulları istehsal olunub
Ağdaş, 16 iyul, AZƏRTAC
Ağdaş rayonunda cari ilin altı ayında 89,6 milyon manatlıq kənd təsərrüfatı məhsulları istehsal olunub ki, bu göstərici ötən ilin müvafiq dövründəkindən 7 faiz çoxdur.
Rayon statistika idarəsindən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumatda bildirilir ki, aqrar bölgə olan Ağdaşda son illər kənd təsərrüfatının inkişafı istiqamətində ardıcıl tədbirlər görülür. Məhz bunun nəticəsidir ki, cari yarımillikdə kənd təsərrüfatı məhsullarının istehsalında 5,9 milyon manat artım olub.
Yarım ildə bitkiçilik sahəsində məhsul istehsalı 4,9 milyon manat artaraq 46,6 milyon manata çatıb. Heyvandarlıq sahəsində isə 1,1 milyon manat artım olub və istehsal 43 milyon manat təşkil edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [05:30]
Bu il Oğuzun taxıl sahələrində orta məhsuldarlıq 30,9 sentner olub
- 26.08.2023 [03:21]
Balakənli fermerlər 7819 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər
- 25.08.2023 [01:10]
Bu il Beyləqanda 23 min tondan çox pambıq istehsalı gözlənilir
- 24.08.2023 [04:45]
Beyləqanda payızlıq səpin üçün indiyədək 8750 hektarda şum qaldırılıb
- 24.08.2023 [03:17]
Bu il Ağcabədidə 40 min tondan çox pambıq istehsalı gözlənilir
- 22.08.2023 [20:19]