ELM VƏ TƏHSİL
Agentlik: Ötən il 8 yeni peşə ixtisası üzrə qiymətləndirilmə və tanınma həyata keçirilib
![Agentlik: Ötən il 8 yeni peşə ixtisası üzrə qiymətləndirilmə və tanınma həyata keçirilib](/files/2024/1/1200x630/17084178111162019144_1200x630.jpeg)
Bakı, 20 fevral, AZƏRTAC
2023-cü il ərzində 8 yeni peşə ixtisası üzrə qiymətləndirilmə və tanınma həyata keçirilib.
AZƏRTAC xəbər verir ki, bunu Təhsildə Keyfiyyət Təminatı Agentliyinin İdarə Heyətinin sədri Tural Əhmədov bu gün keçirilən brifinqdə deyib. O bildirib ki, ümumilikdə qiymətləndirilmə və tanınma nəticəsində 10 peşə ixtisası üzrə 171 nəfər vətəndaşa 330 ədəd peşə ixtisasını təsdiq edən sənəd təqdim edilib.
Qiymətləndirmə və tanınma prosesi dayə, əməliyyatçı mühasib, dərzi, mənzil təsərrüfat xidməti üzrə mütəxəssis, bitkiçilik mütəxəssisi, zərgərlik, bağban- dekorator, bərbər-vizajist- manikürçü peşələri üzrə aparılıb.
Tural Əhmədov qeyd edib ki, qeyri-formal və informal təhsilin tanınması istiqamətində “PAŞA Holding” MMC, Azərbaycan Zərgərlər Assosiasiyası, “Gənc Mühasiblər” İctimai Birliyi və “Baku Fashion Academy” arasında əməkdaşlıq memorandumları imzalanıb.