Agentlik rəhbəri bu il qiymətləndirmə və tanınma prosesi aparılacaq peşələri açıqlayıb
Bakı, 20 fevral, AZƏRTAC
Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində 2024-2026-cı illərdə əhalinin məşğulluq imkanlarının artırılmasına dair tədbirlər planına əsasən TKTA tərəfindən işğaldan azad olunmuş ərazilərdə 15 yeni peşə ixtisası üzrə vətəndaşların bilik və bacarıqlarının qiymətləndirilməsinin aparılması planlaşdırılıb.
AZƏRTAC xəbər verir ki, bunu Təhsildə Keyfiyyət Təminatı Agentliyinin İdarə Heyətinin sədri Tural Əhmədov bu gün keçirilən brifinqdə deyib. O bildirib ki, 5 yeni peşə ixtisası üzrə qiymətləndirilmə və tanınmanın həyata keçiriliməsi planlaşdırılır.
Qiymətləndirmə və tanınma prosesi kargüzar, kompüter operatoru, poliqrafiya üzrə dizayn, mühafizəçi və avtomobil mühərriklərinin yığıcısı peşələri üzrə aparılacaq.
Tural Əhmədov qeyd edib ki, 2024-cü ildə "PAŞA Holding" MMC və "BP Azerbaijan" şirkətləri ilə əməkdaşlıq çərçivəsində sosial layihələrin həyata keçirilməsi və daha 200 nəfər vətəndaşın qiymətləndirmə və tanınma prosesinə cəlb olunması nəzərdə tutulub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.10.2026 [15:23]
“Mənim atam qəhrəmandır” – BDU-da şəhid övladları ilə görüş
- 12.10.2026 [14:23]