“AGF Junior Trophy”: Gürzlərlə yarışların qalib və mükafatçıları məlum olub
Bakı, 24 aprel, AZƏRTAC
“AGF Junior Trophy” turnirində gürzlərlə yarışların qalib və mükafatçıları məlum olub.
AZƏRTAC xəbər verir ki, qızıl medalın sahibi Rusiya idmançısı Daria Trubnikova (16.700 xal) olub. Aktivlərində 15.650 xal olan bolqarıstanlı Tatyana Volozhanina və İsrail gimnastı Valeriia Sotskova müvafiq olaraq ikinci-üçüncü yerləri bölüşüblər.
Gürzlə yarışlarda Arzu Cəlilova 14900 xalla 6-cı yeri tutub.
A.Cəlilova lentlə hərəkətlərdə meydana dördüncü çıxacaq.