“AGF Trophy” beynəlxalq turnirində iştirak edəcək Azərbaycan gimnastları müəyyənləşib
Bakı, 11 mart, AZƏRTAC
Bakıda keçiriləcək “AGF Trophy” beynəlxalq turnirində iştirak edəcək Azərbaycan idman gimnastları müəyyənləşib.
Azərbaycan Gimnastika Federasiyasından AZƏRTAC-a verilən məlumata görə, yarışda ölkəmizi böyüklər arasında Nikita Simonov (halqalar), İvan Tixonov (çoxnövçülük), Rəsul Əhmədzadə (çoxnövçülük), Mənsum Səfərov (sərbəst hərəkətlər, dayaqlı tullanma, turnik), Murad Ağarzayev (sərbəst hərəkətlər, dəstəli at, halqalar, dayaqlı tullanma, parallel qollar), gənclər arasında Nihat Muradlı (çoxnövçülük) və Aydın Əlizadə (çoxnövçülük) təmsil edəcəklər.
Yarışın ilk iki günündə təsnifat, son günündə isə final mərhələsi keçiriləcək.
Turnirdə Azərbaycanla yanaşı, Kanada, İran, Qazaxıstan, Ukrayna, Özbəkistan, Gürcüstan idmançıları qüvvələrini sınayacaqlar.
Böyüklər və gənclər arasında yarış Beynəlxalq Gimnastika Federasiyası tərəfindən təsdiq olunub. Yarışda yeniyetmələr də öz qüvvələrini sınayacaqlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.10.2026 [15:09]
Azərbaycan atletləri Beynəlxalq Xankəndi Ultramarafonunda 3-cü yeri tutublar
- 09.10.2026 [14:47]
İspan mütəxəssis: Məşqçi kimi yetişməyimdə “Sabah”ın böyük rolu olub
- 09.10.2026 [14:15]
Azərbaycan Olimpiya Həmrəyliyi Forumunda təmsil olunur
- 09.10.2026 [13:37]
Zelim Kotsoyev Bakıdakı dünya çempionatını medalsız başa vurub
- 09.10.2026 [11:55]
AMADA "Kəpəz" klubunda seminar keçirib
- 09.10.2026 [11:46]
İngiltərə klubunun sahibi komandanın satışını nəzərdən keçirir
- 09.10.2026 [11:10]