AĞIR ATLETİKA ÜZRƏ YIĞMANIN YENİ BAŞ MƏŞQÇİSİNİN MƏTBUAT KONFRANSI KEÇİRİLMİŞDİR
Bakı, 14 iyul (AZƏRTAC). İyulun 14-də Gənclər və İdman Nazirliyində ağır atletika üzrə Azərbaycan milli komandasının yeni baş məşqçisi Yanko Rusevin mətbuat konfransı keçirilmışdir. Tədbirdə həmçinin Azərbaycan Ağır Atletika Federasiyasının (AAAF) baş katibi, gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov da iştirak etmişdir.
Xatırladaq ki, bolqarıstanlı mütəxəssis 1980-ci ildə Moskvada keçirilmış Olimpiya Oyunlarının çempionu olmuşdur. Yanko Rusevlə 2012-ci ilədək müqavilə bağlanılmış və onun qarşısında qoyulmuş əsas məqsəd idmançılarımızı 2012-ci il London yay Olimpiya Oyunlarına hazırlamaq, yığmamıza medal qazandırmaqdır.
Nazir müavini Ağır Atletika Federasiyası tərəfindən baş məşqçiyə ayda 5 min manat, onun köməkçisi Dimitro Kolevə isə 2 min manat veriləcəyini, 69 kq çəki dərəcəsində çıxış edən bolqar idmançısı Nikolay Dimitrovun yığma komandaya dəvət olunduğunu bildirmişdir.
Bundan sonra Vahid Nəzərov gənc ağır atletlərə, Nizami Paşayev isə yeniyetmə idmançılara məşqçilik edəcəkdir.
Yanko Rusev milli komandanın üzvləri ilə məşqlərə başladığını bildirmiş, komandada yaxşı idmançıların olduğunu vurğulamışdır. Yeni məşqçi 62, 69 və 94 kq çəki dərəcələrində idmançılarımızın Olimpiya oyunlarında medal qazana biləcəyini söyləmiş, Rusiya, Ukrayna, Bolqarıstan, Türkiyə və İran kimi ölkələrdə təlim-məşq toplanışları keçirməyi və bu ölkələrin idmançılarını Azərbaycana dəvət etməyi planlaşdırdığını bildirmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.10.2026 [13:03]
“Borussiya Dortmund”un Bakıya gəliş tarixi bəlli olub
- 16.10.2026 [11:09]