Ağırlıqqaldıranlarımızın Şüvəlanda təlim-məşq toplanışı davam edir
Bakı, 17 fevral, AZƏRTAC
Ağır atletika üzrə yığma komandamız Şüvəlan qəsəbəsində yerləşən Ağır Atletika Akademiyasında təlim-məşq toplanışındadır.
AZƏRTAC Azərbaycan Ağır Atletika Federasiyasına istinadla xəbər verir ki, millinin üzvləri məşqçilər heyətinin rəhbərliyi altında qarşıdakı beynəlxalq yarışlara hazırlaşırlar.
Fevralın 23-dək davam edəcək hazırlıq prosesində atletlər iki günlük istirahətdən sonra təlim-məşq toplanışını Sumqayıt Olimpiya İdman Kompleksində davam etdirəcəklər.