Ağstafada keçirilən iməcilikdə yaşıllıqlara qulluq göstərilib
Ağstafa, 11 iyun, AZƏRTAC
Ağstafada növbəti dəfə genişmiqyaslı təmizlik işləri həyata keçirilib.
Rayon icra hakimiyyətindən AZƏRTAC-a bildiriblər ki, tədbirdə rayonun idarə, müəssisə və təşkilat kollektivləri iştirak ediblər. Təmizlik işləri çərçivəsində avtomobil yolları və küçələr boyunca alaq otları təmizlənib, ağacların dibi bellənib, yaşıllıqlara xüsusi qulluq göstərilib.
Bundan əlavə, Bakı-Qazax avtomobil yolunun və dəmir yolu xəttinin rayon ərazisindən keçən hissələrində təmizlik işləri aparılıb, kəndarası yollar və suvarma arxları məişət tullantılarından təmizlənib.