AĞSUDA KOMPLEKS XİDMƏT MÜƏSSİSƏSİ TİKİLİR
AZƏRTAC-ın bölgə müxbirinin verdiyi xəbərə görə, Ağsu şəhərinin mərkəzində 160 kvadratmetr sahəsi olacaq kompleks xidmət müəssisəsi inşa edilir. Smeta dəyəri 60 milyon manat olan obyektdə 7 nəfərlik inşaat briqadası işləyir. Milli memarlıq üslubunda inşa edilən binanın açılışı may ayında olacaqdır. Obyektdə hələlik 20 milyon manatlıq iş görülmüşdür. Burada sakinlərə və qonaqlara 8 növ məişət və ictimai iaşə xidməti göstəriləcəkdir.