AHİK sədri: Azərbaycan alimlərinin elmi nailiyyətləri ölkənin inkişafında mühüm rol oynayır

Bakı, 11 aprel, AZƏRTAC
IV Sənaye İnqilabı dövründə – süni intellekt, əşyaların interneti və rəqəmsal texnologiyalar çağında – Azərbaycan alimlərinin elmi nailiyyətləri ölkənin inkişafında mühüm rol oynayır. Bu siyasətin əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulub və Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
AMEA-dan AZƏRTAC-a bildirilib ki, bu sözləri Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri Sahib Məmmədov Akademiyanın Elm Gününə həsr olunmuş tədbirində çıxışı zamanı deyib. Qeyd edib ki, Prezident İlham Əliyevin sosial siyasətində elm və təhsil əsas prioritet sahələrdəndir: “Bu istiqamətdə həyata keçirilən ardıcıl tədbirlər milli elmi elitanın formalaşmasına və onların iqtisadi inkişafda rolunun artırılmasına yönəlib”.
Sahib Məmmədov əlavə edib ki, hazırda ölkəmizdə elmi-tədqiqat və innovasiyalar üçün əlverişli mühit yaradılıb, alimlərin ixtiralarının reallaşması və kommersiyalaşması üçün imkanlar genişlənib. Sədr AHİK-in fəaliyyət istiqamətlərindən də bəhs edərək, həmkarlar ittifaqlarında islahatlar aparıldığını, Konfederasiya üzvlərinin rifahı və hüquqlarının qorunmasına xüsusi diqqət yetirildiyini bildirib. O, həmçinin Konfederasiyada elektron xidmətlərin tətbiq olunduğunu və Elektron AHİK platformasının formalaşdırıldığını qeyd edib.
AMEA-da da Azad Həmkarlar İttifaqının fəaliyyət göstərdiyini söyləyən Sahib Məmmədov bu qurumla AHİK arasındakı əlaqələrdən danışıb. Bildirib ki, Azad Həmkarlar İttifaqı tərəfindən alimlərin rifahının yaxşılaşdırılması, onların sağlamlıqlarının qorunması, asudə vaxtlarının səmərəli keçirilməsi istiqamətində genişmiqyaslı tədbirlər həyata keçirilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 22.04.2025 [19:43]
Özbəkistanda Azərbaycan təcrübəsi əsasında STEAM Mərkəzi açılıb
- 22.04.2025 [18:17]
BDU-da Üzeyir Hacıbəylinin irsi öyrənilir
- 22.04.2025 [16:54]
Məktəblilər üçün Balaxanıda maarifləndirmə tədbiri təşkil edilib
- 22.04.2025 [16:46]
BDU-da Beynəlxalq Yer Günü qeyd olunub
- 22.04.2025 [16:45]