Aİ martın 20-də Türkiyə və Suriyaya yardım üçün donorlar konfransı keçirəcək
Bakı, 10 mart, AZƏRTAC
Avropa İttifaqı zəlzələdən zərər çəkən Türkiyə və Suriyaya yardım üçün martın 20-də Beynəlxalq Donorlar Konfransı keçirəcək. Brüsseldə təşkil olunacaq bu konfransa Rusiya dəvət edilməyəcək.
AZƏRTAC xəbər verir ki, Türkiyə hakimiyyəti ilə koordinasiya ediləcək konfransın həmsədrləri Avropa Komissiyasının rəhbəri Ursula Fon der Lyayen və İsveçin Baş naziri Ulf Kristerssondur.
Tədbirə Avropa İttifaqı ölkələri, Aİ üzvlüyünə namizəd ölkələr, qonşu dövlətlər və tərəfdaş ölkələr, Rusiya istisna olmaqla G20 qrupu, Körfəz ölkələri, həmçinin BMT, digər beynəlxalq və humanitar təşkilatlar, eləcə də beynəlxalq maliyyə qurumları dəvət olunacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.06.2026 [19:09]
Yeni qaydalar Avropanın hava limanlarında sıxlığı artıra bilər
- 08.06.2026 [18:40]
Si Cinpin Kim Çen Ina güclü dəstək vəd edib
- 08.06.2026 [18:02]
Amsterdamda çay üzərində 650 milyon avroya körpü tikiləcək
- 08.06.2026 [17:43]